Ukrayna xarici işlər naziri Dmitri Kuleba Pakistana gedəcək.

Leqal.info Ukrayna XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Dmitri Kuleba bu gün Pakistana səfər edəcək.

Kuleba İslamabadda Pakistan Baş naziri Şahbaz Zərif və XİN başçısı Bhutto Zərdari ilə görüşlər keçirəcək.

Ukrayna XİN-in verdiyi məlumata əsasən, danışıqların əsas mövzuları Rusiyanın “Taxıl sazişi”ndən çıxmasından sonra ərzaq təhlükəsizliyinin təminatı, Ukrayna Prezidenti Vladimir Zelenskinin Sülh Formulasına dəstək və Ukrayna-Pakistan ikitərəfli əməkdaşlığının aktivləşdirilməsi olacaq.

Leyla Kamil
Leqal.info