Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərin davam etdirilməsi təkcə İstanbul müqavilələri çərçivəsində nəticələr olduqda mümkündür.

Leqal.info xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin Rusiyanın Taxıl sazişində iştirakının dayandırılması ilə bağlı keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə əsasən, Rusiya Federasiyası taxıl sazişinə xitam verildikdən sonra Afrika ölkələrinin narahatlığını başa düşür və bu narahatlıq nəzərə alınacaq: "Rusiya Taxıl sazişinin dayandırılmasının hiss olunmaması üçün hazırda Afrika ölkələri ilə əlaqədədir. Rusiyanın Afrika ölkələrinə təmənnasız ərzaq tədarükü ilə bağlı öhdəlikləri yerinə yetiriləcək", deyə Lavrovun müavini diqqətə çatdırıb.

Verşinin, həmçinin qeyd edib ki, Rusiya-Afrika sammiti zamanı ehtiyacı olan ölkələr Moskvadan ərzaq ehtiyacları ilə bağlı təminat alacaqlar.

Elvin Mahmudlu
Leqal.info