NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə NATO Baş katibi "Twitter"də bildirib.

Stoltenberqin sözlərinə əsasən, tərəflər Rusiyanın Qara dəniz taxıl sazişindən çıxması ilə bağlı fikir mübadiləsi aparıb. "Biz Moskvanın qidanı silah mexanizminə çevirmək cəhdini qətiyyətlə pisləyirik. Müttəfiqlər NATO Sammitindən sonra Ukraynanın yanındadırlar, Ukrayna NATO-ya əvvəl olduğundan daha yaxındır", - Stoltenberq yazıb.

Leyla Kamil
Leqal.info