Fransa Prezidenti Emmanuel Makron BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) sammitinə dəvət edilməyib.

Leqal.info xəbər verir ki, bu barədə “News 24” məlumat yayıb.

BRICS-in sədri kimi CAR Prezidenti Siril Ramaposa 70 ölkənin liderinə dəvət göndərib. Lakin onların arasında sammitdə iştirak etməyə müvəffəq olmaq istəyən Fransa Prezidenti yoxdur. ABŞ və Böyük Britaniya liderləri də sammitə dəvət olunmayıb.

Qeyd edək ki, BRICS sammiti 22-24 avqust tarixlərində Yohannesburqda Sandton Konfrans Mərkəzində keçiriləcək.

Leyla Kamil
Leqal.info