“Qərbi Ukrayna NATO-ya üzv olmaq adı altında Ukraynadan qoparılacaq”.

Leqal.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə bildirib.

Onun sözlərinə əsasən, Qərbi Ukraynanı qoparıb Polşaya birləşdirmək istəyirlər:

“Bu, polyakların Rusiya Federasiyasının qoşunlarına qarşı əməliyyatda fəal iştirakına görə ödənişdir”.

Lukaşenko vurğulayıb ki, amerikalılar bu planı dəstəkləyir: “Minsk və Moskva üçün Qərbi Ukraynanın ayrılması qəbuledilməzdir. Əgər Qərbi Ukrayna əhalisinin dəstəyə ehtiyacı varsa, onda əlbəttə ki, biz bunu dəstəkləyəcəyik”.

Elvin Mahmudlu
Leqal.info