Leqal.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib.
“Məqsəd Ukraynanı xəritədən silmək, onun müstəqilliyini, suverenliyini aradan qaldırmaq, Rusiyaya tabe etmək idi. Bu, çoxdan uğursuz olub”, - ABŞ dövlət katibi vurğulayıb.
Blinken bildirib ki, rusiyalılardan fərqli olaraq “ukraynalılar öz torpaqları, gələcəkləri, ölkələri, müstəqillikləri uğrunda vuruşurlar”.
Leyla Kamil
Leqal.info