Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər.

Leqal.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər nazirinin müavini Arnoldas Abramaviçus bildirib.

O, buna səbəbin Belarusdakı “Vaqner” Xüsusi Hərbi Şirkətinin ehtimal edilən təxribatları olduğunu vurğulayıb: “Onlar özlərini qaçqın və qanunsuz miqrant kimi təqdim edərək təxribata əl ata bilərlər”.

Qeyd edək ki, son günlər “Vaqner”çilərin sayı Belarusda artıb.

Leyla Kamil
Leqal.info