Son illərin ən böyük layihəsi Cənub Qaz Dəhlizi layihəsidir. Bunun birinci mərhələsi TANAP layihəsi idisə, onun ikinci mərhələsi TAP layihəsidir. TAP layihəsi vasitəsilə Türkiyə üzərindən qaz Avropa ölkələrinə çatdırılır.

Leqal.info xəbər verir ki, bunu Azərbaycanın bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.

Nazir bildirib ki, keçən il qaz sahəsində qıtlıqla bağlı bir sıra Avropa ölkələrindən müraciətlər olmuşdu: “TAP layihəsi üzərində, Türkiyə üzərindən Avropaya qaz nəqlinin genişlənməsi üzərində işlər gedir. Yaxın vaxtlarda bunun nəticələrini görəcəyik. 2027-ci ilədək Azərbaycandan Avropaya qaz həcminin 2 dəfəyədək artırılması nəzərdə tutulub. Enerji sahəsində əməkdaşlıqdan danışırıqsa, biz Avropa ölkələri ilə neft sahəsində də etibarlı partnyoruq”.

Leqal.info