"Taxıl Dəhlizi sahəsində gördüyümüz işlər bənzəri görünməmiş bir aclığın qarşısını aldı. Bunun müsbət təsiri hər yerdə hiss olunur”.

Leqal.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-ASEAN Sektoral Dialoq Tərəfdaşlığı Üçtərəfli Toplantısındakı çıxışında deyib.

XİN başçısı, həmçinin onu da vurğulayıb ki, Türkiyə müstəqil xarici siyasət yürütməkdə davam edəcək: “Biz bu mənada ASEAN-a çox bənzəyirik. ASEAN həqiqətən də Cənub-Şərqi Asiya üçün dinc və firavan bir yolun planlaşdırılmasında mühüm rol oynayıb. Bir çoxları bu bölgənin münaqişəyə məhkum olduğunu düşünür. Bununla yanaşı, ASEAN regional problemlərə həll yolları gətirməlidir. Bu mənada mənzərə çox aydındır”.

Qeyd edək ki, H.Fidan Cakartada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin xarici işlər nazirlərinin illik toplantısında iştirak edir.

Leyla Kamil
Leqal.info