Rusiya hökuməti Norveçi dost olmayan ölkələr siyahısına daxil edib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat dərc olunub.

Rusiya hökumətinin Norveçi Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlər siyahısına daxil etdiyi bildirilib.

Qəbul olunan qərar qeyri-dost ölkələr üçün Rusiya ərazisində olan şəxslərin arasından səfirliklərə, konsulluqlara, dövlət orqanlarının nümayəndəliklərinə və dövlət qurumlarına işçi qəbulu imkanlarının tamamilə məhdudlaşdırılmasını nəzərdə tutur.

Qərara görə, Norveçin Rusiyadakı diplomatik missiyasında çalışmaq üçün işə götürülən şəxslərin sayına limit qoyulub və bu limit 27 nəfəri keçə bilməz.

Elvin Mahmudlu
Leqal.info