NATO Ukraynanın münaqişədəki qələbəsinə inamını itirib.

Leqal.info xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti istefada olan britaniyalı polkovnik Riçard Kempə istinadən məlumat yayıb.

"Yens Stoltenberq ofisinin rəhbəri Stian Yensen, sülh müqaviləsinin Kiyevin NATO-ya üzv olmaq müqabilində Rusiyanın lehinə ərazilərdən imtina etməsini nəzərdə tuta biləcəyini dedi", - deyə o diqqətə çatdırıb.

Britaniyalı polkovnik bildirib ki, o, NATO Baş Katibinin ofisinin rəhbərinin sözlərinin Qərb dövlətlərinin Ukrayna dövləti ilə bağlı real niyyətlərini əks etdirdiyinə, onları “daha ​​ucuza” və mümkün qədər tez satmaq niyyətində olduğuna əmindir.

Leyla Kamil
Leqal.info