Türkiyə xarici işlər naziri Hakan Fidanın Bağdadda İraq Prezidenti Əbdüllətif Rəşitlə görüşü baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüş əsnasında ikitərəfli ticarətin artırılması, terrorla mübarizə və iki ölkə arasında sərhəd sularından səmərəli istifadə kimi məsələlərin müzakirə edildiyi bildirilib.

Leyla Kamil
Leqal.info