Leqal.info xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə birgə mətbuat konfransı zamanı bildirib.
O vurğulayıb ki, hazırda Ukraynadan daşınan taxıl üçün nəzərdə tutulan alternativ yollar təhlükəlidir və Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpası vacibdir.
Nazir, həmçinin qeyd edib ki, Türkiyə Ukrayna ərazilərinin işğalını tanımır və bu ölkəyə dəstəyini davam etdirir.
Leyla Kamil
Leqal.info