Ukrayna xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Dmitri Kuleba "Twitter"də yazıb.

XİN başçısının sözlərinə əsasən, tərəflər arasında Ukraynanın NATO-ya inteqrasiyası yolunda növbəti addımlar müzakirə olunub.

Kuleba və Stoltenberq Ukrayna-NATO Şurasının fəaliyyəti ilə bağlı da danışıblar.

"Mən, eyni zamanda Baş katibə birinci Müdafiə Sənayesi Forumuna Ukraynanın hazırlığı barədə məlumat verdim", - Kuleba vurğulayıb.

Leyla Kamil
Leqal.info