NATO Hərbi Komitəsinin sədri, Hollandiya Hərbi Dəniz Qüvvələrinin admiralı Rob Bauer şənbə günü bildirib ki, Ukraynanın tələb etdiyi hərbi yardımın həcmi alyans ölkələrinin istehsal imkanlarını üstələyir.

Leqal.info xəbər verir ki, o, bunu Osloda NATO Qərargah Rəislərinin illik konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Ukraynanın tələb etdiyi silah və sursatların həcmi olduqca böyükdür. İstifadə olunan silahların miqyası və həcmi bizim NATO ölkələrinin istehsal imkanlarını üstələyir" – sədr bildirib.

Bauer, eyni zamanda Kiyevin ehtiyaclarını qarşılayan əlavə amil kimi ittifaq ölkələrinin yardım həcmini təyin edərkən öz milli və regional təhlükəsizlik risklərini nəzərə almasının vacibliyinə işarə edərək, onları müdafiə istehsalı potensialının artırılmasında problemlərin həllini sürətləndirməyə çağırıb.

Bauer NATO-da Ukraynaya hərbi yardımın həcmi ilə yeni hərbi sifarişlər arasında balans olmadığını vurğulayıb.

Leyla Kamil
Leqal.info