İrəvandakı Rusiya səfirliyi nümayişçilər tərəfindən bloklanıb.

Leqal.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, səfirlik tədbir görülməsi üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

Qeyd olunub ki, Rusiyanın Ermənistandakı səfirliyi nümayişçilər tərəfindən bloklanıb və buna görə səfirlik əməkdaşları binanı tərk edə bilmirlər.

"Səfirliyin binası bloklanıb. Binanın əsas girişində çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb, ancaq o tərəfdə neçə nəfərin olduğu məlum deyil”, - deyə agentliyin səfirlikdəki həmsöhbəti bildirib.

Elvin Mahmudlu
Leqal.info