Leqal.info xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Bildirilib ki, Bəşər Əsəd 19-cu Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Şərqi Çinin Zhejiang əyalətinin paytaxtı Xançjou şəhərinə gedib.
Əsəd axırıncı dəfə 2004-cü ildə o zamankı prezident Hu Jintao ilə görüşmək üçün Çinə səfər edib.
Suriya Ərəb Xəbər Agentliyinin verdiyi məlumata əsasən, o, Prezident Si Cinpin ilə görüşəcək və Suriya-Çin sammitində iştirak edəcək.
Leyla Kamil
Leqal.info