Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya lideri Bəşər Əsəd arasında görüş bu il baş tuta bilər.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, bu görüş Türkiyədə 14 mayda baş tutacaq prezident seçkilərindən sonra keçirilə bilər.

Çavuşoğlu, eyni zamanda mayın 10-da Moskvada Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının görüşünün də baş tutacağı ilə bağlı xatırlatma edib.

Leyla Kamil
Leqal.info