Aİ Ukraynanın cəmiyyətə inteqrasiyası üçün mübahisəli islahatlar keçirməlidir.

Leqal.info xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində Avropa Komissiyasının (AK) sabiq rəhbəri (2004-2014) Xose Manuel Barrozu deyib.

O qeyd edib ki, biz “Aİ-də böyük fikir ayrılığına səbəb ola biləcək institusional balansda əsaslı dəyişiklikdən” danışırıq: “Üzvlərin sayının artırılması istər-istəməz xarici siyasət və ya büdcə məsələləri kimi yekdilliyin tələb olunduğu sahələrdə qərarların qəbulunda problemlərə gətirib çıxaracaq”.

Barrozunun sözlərinə əsasən, radikal tədbirlərə əl atmaq əvəzinə blok ilk növbədə bank ittifaqının tamamlanmasına, Kapital Bazarları İttifaqının yaradılmasına, geosiyasi məsələlərdə irəliləyiş əldə etməyə diqqət etməlidir.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen daha öncə “The Washington Post“a demişdi ki, Ukraynanın Avropa İttifaqına daxil olma vaxtı Kiyevin özündən və onun buna hazır olmasından asılıdır. Onun sözlərinə əsasən, vahid bazara və Avropa İttifaqına daxil olmaq üçün məhkəmə sistemi, qanun və iqtisadiyyatla bağlı bütün meyarlar toplusu var.

Leqal.info