Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynanın yeni müdafiə naziri Rustem Umerovla görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Borrell X (keçmiş Twitter) mikrobloqunda yazıb.

“Biz Aİ-nin davamlı hərbi yardımını müzakirə etdik. Ukraynanın daha çox imkanlara ehtiyacı var” – o deyib.

Qeyd edək ki, sentyabrın 19-da Borrell bildirib ki, Kiyevdə Aİ xarici işlər nazirlərinin görüşü keçirilə bilər.

Leqal.info