Avropa İttifaqı Ukraynaya maliyyə yardımını davam etdirməlidir.

Leqal.info xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel İspaniyanın Toledo şəhərində keçirilən Aİ müdafiə nazirlərinin qeyri-formal görüşündən öncə jurnalistlərə açıqlamasında söyləyib.

"Biz Ukraynaya maliyyə yardımının stabil və dayanıqlı üsullarını araşdırırıq. Bu yardım indi də, nə baş verirsə-versin müharibədən sonra da davam etməlidir, Ukraynanın yenidən bərpası üçün davam etməlidir, Ukraynaya təhlükəsizlik zəmanəti verilməlidir. Bütün bunlar dərin müzakirələrdir və müdafiə nazirləri bu barədə danışacaqlar", - Borrel vurğulayıb.

Leyla Kamil
Leqal.info