Avropa İttifaqı (Aİ) Ermənistana humanitar yardımını iki dəfə artıraraq 10,4 milyon avroya çatdıracaq.

Leqal.info “Al Jazeera“ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Qranadada deyib.

“Biz Ermənistana güclü dəstək veririk və onun humanitar ehtiyaclarını dəstəkləyirik”, - o qeyd edib.

Ursula von der Leyen , həmçinin vurğulayıb ki, Aİ Ermənistana 15 milyon avro büdcə dəstəyi verəcək.

“Biz bu ağır vəziyyətində Ermənistana başqa hansı dəstəyi verə biləcəyimizi müzakirə edəcəyik”, - Avropa Komissiyasının Prezidenti bildirib.

Leyla Kamil
Leqal.info