Gürcüstanın Azərbaycanla tamamilə harmonik əlaqələri var.

Leqal.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Qranadada jurnalistlərə açıqlamasında bildirib. O, həyata keçirilən layihələrlə ölkəsinin regional kontekstdə oynadığını rolunun gücləndiyini vurğulayıb.

“Bizim ölkəmizin Avropa və ümumilikdə beynəlxalq ictimaiyyət üçün vacib əhəmiyyəti var. Bizim regiondakı bütün ölkələrlə - Azərbaycanla, Ermənistanla, Türkiyə ilə tamamilə harmonik əlaqələrimiz mövcuddur. “Orta Dəhliz”in inkişafı kontekstində ölkəmiz önəmli rola malikdir, çünki əgər Gürcüstan güclü və stabil olmasa bu layihə tamamlana bilməz”, - Qaribaşvili diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info