Ukrayna böhranı ərazi münaqişəsi deyil.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışında deyib. Onun sözlərinə əsasən, Rusiyanın yeni ərazilərə ehtiyacı yoxdur.

"Rusiya ərazisinə görə dünyada ən böyük ölkədir. O, yeni torpaqlar axtarmır. Biz hələ Sibiri, Şərqi Sibiri, Uzaq Şərqi araşdırıb mənimsəməliyik. Ukrayna böhranı ərazi münaqişəsi deyil. Hətta regional geosiyasi balansın qurulması da deyil. Məsələ daha geniş və fundamentaldır. Burada söhbət yeni dünya nizamının əsaslanacağı prinsiplərdən gedir. Dayanıqlı sülh o zaman mövcud olacaq ki, nə vaxt ki, hər kəs özünü təhlükəsiz hesab edəcək. Anlayacaq ki, onların fikrinə hörmət olunur. Nə vaxt ki, dünyada bərabərlik olacaq...", deyə Putin diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info