Leqal.info xəbər verir ki, məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, Baş nazir indiki regional və qlobal kontekstdə Gürcüstanın namizəd statusu almasının önəmini vurğulayıb. Bundan başqa, hökumət rəhbəri Gürcüstanın Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirməsi ilə bağlı danışıb.
O qeyd edib ki, Gürcüstan komissiyadan ilin sonuna kimi düzgün siyasi qərar verməsini gözləyir.
Qaribaşvili, eyni zamanda regional sülh və sabitliyin təmin edilməsində Gürcüstanın vacib rol oynadığını və bu istiqamətdə hər zaman töhfə verməyə hazır olduğunu bildirib.
Elvin Mahmudlu
Leqal.info