Rusiyanın Abxaziyanın Oçamçir rayonunda öz hərbi dəniz donanması üçün baza yaratması təkcə Gürcüstan üçün deyil, bütün region üçün təhdiddir.

Leqal.info xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili məsələ ilə əlaqədar yaydığı bəyanatında bildirib.

Zurabişvili Rusiyanın bu addımının Qara dəniz təhlükəsizliyi, tikintisi planlaşdırılan Anaklia dərin dəniz limanı və Gürcüstanın Avropaya yolu üçün böyük bir mina sahəsi olduğunu söyləyib.

“Bu təxribat təkcə Gürcüstanı deyil, bütün region təhdid edir. Bu addımla Rusiya Qara dəniz regionunda nüfuzunu gücləndirmək və regionda hökmranlıq etməyə çalışır. Mən Gürcüstanın tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti dərhal buna cavab verməyə çağırıram”, - Prezident vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info