Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstin Prezidenti Mahmud Abbas arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı üçün Nazirlər Kabinetinin iclasına fasilə verilib.

Danışıq əsnasında İsrail və Fələstində baş verən hadisələr və regiondakı gərginliklə bağlı son vəziyyət müzakirə edilib.

Həmçinin Ərdoğan Türkiyənin regional münaqişələrin qısa müddətdə başa çatması və sülhün təmin olunması üçün hər cür səy göstərdiyini diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info