Türkiyə İsrail və Fələstində baş verən hadisələr çərçivəsində tərəflərin tələbi olduğu halda əsirlərin mübadiləsi daxil olmaqla hər cür vasitəçiliyə hazırdır.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Bundan başqa, Ərdoğan tərəfləri mülki əhalini hədəfə almamağa çağırıb:

“Müharibənin də qaydası, əxlaqı var. Tərəflər buna əməl etməyə borcludur. Hər zaman dediyimiz kimi, ədalətli sülhdə uduzan olmaz. Nə İsrail, nə də Fələstin torpaqlarında heç bir günahsız insanın qanının axmasına razı deyilik. İnanıram ki, 1967-ci il sərhədlərində, paytaxtı Qüds olan, müstəqil, suveren, coğrafi bütövlüyü olan Fələstin Dövləti qurulmadan bölgədə sülh olmayacaq. Qəzza əhalisinin ehtiyac duyacağı humanitar yardımın göndərilməsi üçün də lazımi hazırlıqları görürük” – Ərdoğan diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info