Ukrayna Prezidenti Vladimir Zelenski Rumıniyaya səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə Prezident Zelenskinin "X" hesabında paylaşım edilib.

O qeyd edib ki, paytaxt Buxarestdə Rumıniya Prezidenti Klaus Yohannislə görüşəcək.

"Biz təhlükəsizlik sahəsində əməkdaşlıq, aviasiya və digər koalisiyaların inkişaf etdirilməsi, Ukraynanın hava hücumundan müdafiəsi, Qara dəniz təhlükəsizlik arxitekturasının gücləndirilməsi və tərəfdaşlarla əlaqələrimizi müzakirə edəcəyik. Rumıniya ən çətin günümüzdə köməyimizə gələn və zaman keçdikcə dəstəyi daha da güclənən dostdur. Əminəm ki, bu səfər xalqlarımız üçün faydalı olacaq", - Ukrayna lideri qeyd bildirib.

Leyla Kamil
Leqal.info