Brüsseldə keçirilən Ramşteyn formatında görüşdə Alyansın bütün üzvləri Ukraynanın gələcəyinin NATO-da olduğunu təsdiqləyiblər.

Leqal.info xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O qeyd edib ki, Ukrayna döyüş meydanında nə qədər güclü olarsa, sülh danışıqları zamanı bu ölkənin mövqeyi bir o qədər möhkəm olacaq.

"Tarix təkrar olunmamalıdır. Buna görə də Alyansın bütün üzvləri Ukraynanın NATO-ya üzv olmasına razılıq verib", - Stoltenberq vurğulayıb.

NATO-nun baş katibi bildirib ki, Alyansa üzv ölkələr Ukraynaya dəstəyini davam etdirəcək.

Stoltenberq qeyd edib ki, Ukraynaya daha çox silah-sursat vermək lazımdır.

Leyla Kamil
Leqal.info