“Biz Qəzzada mülki şəxslərin hədəf alındığı bütün hücumları pisləyir, Fələstin və İsraili daimi sülh üçün danışıqlara başlamağa dəvət edirik”.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sözügedən hadisələrlə bağlı keçirdiyi qapalı iclasının nəticələrinə dair bütün siyasi partiyaların imzaladığı bəyanatda deyilir.

Bəyanatda əks olunub ki, TBMM bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə dəvət edir.

Leyla Kamil
Leqal.info