Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki,telefon danışığı əsnasında İsrail-Fələstin münaqişəsi, bölgədə artan gərginlik və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.

Türkiyə lideri münaqişənin tezliklə sona çatmasının regionda və dünyada sülh naminə vacib olduğunu, Türkiyənin Qəzzaya humanitar yardımların çatdırılması üçün sıx səylər göstərdiyini, gərginliyi artıran addımlardan qaçınılmasının lazım olduğunu bildirib.

Leyla Kamil
Leqal.info