Qəzzada HAMAS-ı məğlub etmək vaxt aparacaq.

Leqal.info "ynet.co.il"ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin qış sessiyasının açılışında çıxışı zamanı deyib.

“İsrailin müstəqilliyinin qurulmasından 75 il keçməsinə baxmayaraq, müstəqillik müharibəsi hələ də başa çatmayıb. Bu, bizə qarşı olanlara qarşı qətiyyətli mübarizə anıdır. Məqsədimiz HAMAS üzərində tam qələbə qazanmaq, onun hakimiyyətini devirmək və İsrailə olan təhlükəsini birdəfəlik aradan qaldırmaqdır. Qələbə üçün şərtlər birlik və qətiyyətdir", - Netanyahu çıxışında bildirib.

O vurğulayıb: “Biz qalib gələcəyik, çünki burada bizim varlığımız təhlükə altındadır”.

İsrail Baş naziri HAMAS-ı nasist Almaniyasına bənzədib və münaqişəni “işıqlı qüvvələrlə qaranlıq qüvvələr arasında, insanlıq və heyvanilik arasında müharibə” kimi qələmə verib.

Leyla Kamil
Leqal.info