HAMAS-ın 1000-dən artıq döyüşçüsü İsrail ərazisinə daxil olub.

Leqal.info İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Yoav Qallant NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib.

“7 oktyabrda baş verən hücum zamanı mindən artıq radikal HAMAS döyüşçüsü İsrailə daxil olub. Bununla yanaşı minlərlə raket atılıb və HAMAS üzvləri cənub sərhədimizdən ərazimizə keçib”, - deyə nazir bildirib.

İsrail müdafiə naziri, həmçinin qeyd edib ki, baş verənlərdən sonra İsrailin HAMAS-ı tamamilə məhv etmək qərarı qətidir: “Bu, İsrailin gələcəyi üçün aparılan müharibədir. Biz yerdəki reallığı dəyişəcəyik. İsrail Müdafiə Qüvvələri HAMAS-ı məhv edəcək. Bu müharibə uzun sürəcək və çətin olacaq, ancaq İsrail qalib gələcək”.

Qallant diqqətə çatdırıb ki, bütün çətinliklərə rəğmən İsrail öz vətəndaşlarını istənilən təhlükədən qorumağa hazırdır.

Leyla Kamil
Leqal.info