Rusiya ilə ABŞ arasında təmaslar Təhlükəsizlik Şurası vasitəsilə davam edir.

Leqal.info xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenlə Yaxın Şərqdəki vəziyyətlə bağlı danışmayıb, ancaqTəhlükəsizlik Şurası xətti ilə təmaslar gedir.

Kremlin sözçüsü Yaxın Şərqdə vəziyyətin yaxşılığa doğru dəyişmədiyini də deyib.

Qeyd edib ki, İsrail quru əməliyyatına başlasa, Qəzzada mülki şəxslər üçün risklər artacaq.

Putinin siyasəti ilə HAMAS-ın hərəkətlərini müqayisə edən Peskov Baydenin sözlərini də şərh edərək bunu qəbuledilməz adlandırıb.

"Putin dünyada məşhur olan siyasi liderdir, ancaq prezident üçün ən önəmlisi rusiyalıların onun işinə verdiyi qiymətdir", - Kreml rəsmisi vurğulayıb.

Elvin Mahmudlu
Leqal.info