Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı əsnasında tərəflər Qəzzada son vəziyyəti, insan haqlarının pozulmasının qarşısını almaq üçün görüləcək işləri və humanitar yardımların mülki vətəndaşlara fasiləsiz çatdırılmasını müzakirə ediblər.

"Prezident Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərinin münasibətinin Qəzzada insan haqları pozuntularını artırdığını, ölkələrin İsraili dayandırmaq üçün səy göstərməməsinin ağır nəticələr doğuracağını, Qərbin və dünya ictimaiyyətinin göz önündə baş verən və görməzlikdən gəlinən insani faciələrə ən qısa zamanda son qoyulması üçün hərəkətə keçməyin vacibliyini vurğulayıb".

Leyla Kamil
Leqal.info