Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq əsnasında İsrail-Fələstin münaqişəsində getdikcə ağırlaşan vəziyyət, İsrailin Qəzzada günahsız vətəndaşlara qarşı törətdiyi insan haqları pozuntuları və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.

Türkiyə lideri Qəzzadakı fələstinlilərin vətənlərindən köçməyə məcbur edilməsinin qəbuledilməz olduğunu, Türkiyənin sülhün təmin edilməsi, Qəzzaya humanitar yardımın ən qısa zamanda çatdırılması üçün hər cür səy göstərməyə davam edəcəyini bildirib.

Leyla Kamil
Leqal.info