ABŞ müdafiə naziri Lloyd Ostin və Ukrayna müdafə naziri Rüstəm Umerov arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin "X" hesabında məlumat verilib:

"Amerikalı həmkarımı döyüş meydanındakı vəziyyətlə bağlı məlumatlandırdım. Ukraynanı ATACMS-la təmin etdiyi üçün ABŞ rəhbərliyinə və müdafiə naziri Ostinə təşəkkür etdim".

Ukrayna müdafiə naziri qeyd edib ki, bu silahın verilməsi döyüş meydanında fərq yaradır.

Leyla Kamil
Leqal.info