Kiyevə dəstəyin çatdırılmasında gecikmələr olduqda, ölkə döyüş meydanında uğursuzluqla üzləşir.

Leqal.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ hərbi yardımla bağlı gecikmələri kompensasiya etməyə çalışır. Ukrayna XİN başçısı təkcə ABŞ-ı deyil, digər ölkələri də Ukraynaya hərbi yardımı sürətləndirməyə çağırıb və müharibədə "zamanlama"nın vacib olduğunu qeyd edib.

"Ukraynalı piyada və ya artilleriyaçılar onlara lazım olan hər şeyə sahib olanda, biz qalib gəlirik. Hər dəfə təchizatda gecikmələr və ya kifayət qədər təchizat olmadıqda, biz qalib gəlmirik", - Kuleba vurğulayıb.

Leqal.info