Hacıqabulda avtomobil azyaşlını vurub.

Leqal.info xəbər verir ki, "VAZ-2106" markalı avtomobil Hacıqabul şəhər sakini, 2016-cı il təvəllüdlü Məmmədzadə İbrahim Raqif oğlunu vurub. Azyaşlı kəllə-beyin travması diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info