Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş əsnasında tərəflər İsrail və Fələstin arasında gərginləşən münaqişənin gedişatını və regionda humanitar böhranı müzakirə ediblər.

Hər keçən dəqiqə mülki ölümlərin artdığını vurğulayan Ərdoğan Qərb dövlətlərinin susqunluğunun Qəzzada humanitar böhranı qaçılmaz həddə çatdırdığını bildirib.

Türkiyə lideri Türkiyənin bölgədə əmin-amanlığın təmin olunması üçün bundan sonra da hər cür səy göstərəcəyini diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info