"Türkiyə Qəzzada insanların kütləvi şəkildə öldürülməsini qəbul etməyəcək".

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman ilə birgə mətbuat konfransı zamanı bildirib.

O vurğulayıb ki, “İsrailin Qəzzaya qarşı əməliyyatı həm də qonşu dövlətlərin qeyri-sabitliyinə səbəb ola bilər”.

Türkiyə XİN rəhbərinin sözlərinə əsasən, bu münaqişə üçün artıq konkret addımlar atmağın vaxtı çatıb[left][/left]: “İsrail silahla sabitlik və sülhü təmin edə bilməyəcəyini bilməlidir”.

Leyla Kamil
Leqal.info