“HAMAS terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan mücahid qrupudur”.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin İsrail dövləti ilə heç bir problemi yoxdur, “ancaq ölkəsi İsrailin törətdiyi vəhşilikləri və onların dövlət deyil, bir təşkilat kimi fəaliyyət göstərmələrini heç vaxt qəbul etməyəcək”.

Leyla Kamil
Leqal.info