Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Leqal.info "Kazİnform" agentliyinə istinadən xəbər verir ki, görüş Qazaxıstan Prezidentinin iqamətgahında baş tutub.

Görüş bağlı qapılar arxasında olub.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fransa Prezidentinin dəvəti ilə Fransaya rəsmi səfər edib. Səfər əsnasında Qazaxıstan və Fransa liderləri ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə dair danışıqlar aparıb, Mərkəzi Asiya və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Leyla Kamil
Leqal.info