Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasına dövlət səfərinə gedib.

Leqal.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Qazaxıstan dövlət başçısının Çin sədri Si Cinpinlə görüşüb müzakirələr aparacağı qeyd olunub.

İkitərəfli görüş zamanı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Dövlət səfəri proqramı çərçivəsində Tokayev Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcək və bir sıra tədbirlər keçirəcək, eyni zamanda Sian şəhərində yerləşən limanda Qazaxıstan logistika mərkəzinin tikintisinin açılış mərasimində iştirak edəcək.

Qazaxıstan Prezidentinin Çinə səfəri zamanı Mərkəzi Asiya-Çin sammitində iştirak edəcəyi planlaşdırılır. Bundan başqa, Qazaxıstanın Sian şəhərində baş konsulluğunun təntənəli açılışında iştirakı da səfər proqramına daxildir.

Leyla Kamil
Leqal.info