Rusiya və Belarus prezidentləri arasında telefon danışığı baş tutub.

Leqal.info Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixində Minskdə keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.

“İkitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi və ittifaq inteqrasiyasının, eləcə də enerji, nəqliyyat və yüksək texnologiyaların təşviqi ilə bağlı aktual mövzular da nəzərdən keçirilib.

Rusiya-Belarus strateji tərəfdaşlığı və müttəfiqliyini dərinləşdirmək üçün sıx əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı öhdəlik təsdiqlənib", - deyə Kremlin yaydığı məlumatda əks olunub.

Elvin Mahmudlu
Leqal.info