Hazırda Türk dövlətləri arasında siyasi birliyimiz mövcuddur. Hərbi məsələdə isə ən önəmli həmrəyliyi məlum olduğu kimi, Qarabağda göstərdik.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Qarabağ dünyaya qarşı bunun ən böyük sübutu oldu. Yəni, bir dövlət, bir millət belə bir həmrəyliyi arxasında hiss edərsə, nəticəni əldə edə bilər. Qarabağda bax bu nəticə alındı”, - Türkiyə Prezidenti vurğulayıb.

Leqal.info