Xavier Kolomina Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşüb.

Leqal.info xəbər verir ki, NATO rəsmisi bu barədə "X" hesabında yazıb.

Onun sözlərinə əsasən, görüş NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutub.

"NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edildi", - deyə o vurğulayıb.

Leqal.info