Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfərə gəlib.

Leqal.info xəbər verir ki, Almaniya XİN rəhbəri artıq Bakıdadır.

O, səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Qeyd edək ki, regiona səfəri çərçivəsində almaniyalı nazir noyabrın 3-də Ermənistana səfər edib və orada bir sıra yüksək səviyyəli görüşlər keçirib.

Leqal.info