Leqal.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Bilik. Birinci” təhsil marafonunda çıxışı zamanı bildirib.
"İndi biz anqlo-saksların Yaxın Şərqi sözün əsl mənasında necə böyük müharibə astanasına sürüklədiyini görürük. Bu xətt digər regionlarda, eləcə də Ukraynada özünü tam şəkildə büruzə verir. Nümunələr çoxdur, lakin nəticə eynidir: dövlətçiliyin itirilməsi və ya zəifləməsi, Necə ki, bunu İraqda, Liviyada etdilər, Suriya Ərəb Respublikası ilə etməyə çalışdılar", deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Lavrov bildirib ki, Qərb ölkələrinin bu cür siyasətinin nəticəsi terrorizm və ekstremizmin artması, insan talelərinin sındırılması, dağılmış ailələr, çoxmilyonlu qaçqın axınları oldu.
Elvin Mahmudlu
Leqal.info